Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin statusu artırıldı

XƏBƏR
16:23
18 Sentyabr 2023
163

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

Sabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi ilə bağlı Fərmanda öz əksini tapıb.

Dəyişikliklə, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.6-cı bəndinə “şöbə müdiri,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi,” sözləri əlavə edilib.

Xəbər lenti