Bu rayonlara qar yağdı

XƏBƏR
10:58
18 Sentyabr 2023
157

Sentyabrın 18-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.

Düşən yağıntının miqdarı: Astarada 121 (aylıq normanın 61 faizi), Balakəndə 111 (aylıq normanın 131 faizi), Zaqatalada (aylıq normanın 112 faizi) 95, Qaxda (aylıq normanın 38 faizi) 45, Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.

Rəsmi məlumata görə, sentyabrın 17-i saat 23:00 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb.

Hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Şəki rayonu ərazisindən keçən Şinçaydan sel keçir.

Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Xəbər lenti