Xankəndiyə göndərilən budəfəki yardımda nə var idi?

XƏBƏR
10:54
18 Sentyabr 2023
196

“Beynəlxalq Qırmızı Xaç Komitəsi həm Laçın, həm də Ağdam yolundan keçməklə yük maşınları ilə insanlara lazım olan humanitar yük çatdırdı”.

Sabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BQXK-nin ictimaiyyətlə əlaqələr departamentinin direktoru İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, bu əməliyyat əldə olunan humanitar konsensus çərçivəsində baş tutub. BQXK rəmsisi humanitar yükdə un və tibbi ləvazimatların olduğunu bildirib.

Xəbər lenti