ANAMA-nın avtobusu Laçında qəza etdi - Xəsarət alanlar var

XƏBƏR
16:27
16 Sentyabr 2023
214

Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, 2023-cü il 16 sentyabr tarixində Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.

Xəbər lenti