Bu şəxslərin SMS-lə icazə almasına ehtiyac yoxdur - DİN

ÖLKƏ
00:20
4 Aprel 2020
232

Daxili İşlər Nazirliyi (DİN) KİV nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir:

“Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aprelin 5-dən 20-dədək ölkədə hərəkət məhdudlaşdırılır. Sözügedən vaxtda vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Xəbər lenti