Hansı halda Bakı, Sumqayıt və Abşeron arasında avtomobillə hərəkətə icazə verilir?
Daxili İşlər Nazirliyi (DİN) tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə hansı əsasda icazə verilməsinə aydınlıq gətirib.
Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, sözügedən ərazilərdə avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə göndərməklə konket müddətə icazə aldıqda yol verilir.
Qeyd edək ki, aprelin 5-dən 20-dədək ölkədə hərəkət məhdudlaşdırılır.
Daha çox