Şəhid hərbçimiz dəfn olundu - Foto

XƏBƏR
13:55
14 Sentyabr 2023
307

Ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Namazov Tovuzda dəfn edilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü əsgər Nihad Namazovun nəşi doğulduğu Qovlar şəhərindəki yaşadığı evə gətirilib. Vida mərasimindən sonra  hərbçi Qovlar şəhər qəbiristanlığında dəfn olunub.

Mərasimdə hərbçilər, İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna şəhidlik statusu veriləcək.


Xəbər lenti