Gənc qadın naməlum şəraitdə bıçaqlandı

HADİSƏ
23:45
3 Aprel 2020
59

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1993-cü il təvəllüdlü Nəbiyeva Səbinə Əkbər qızı qarın və kürək nahiyəsinin bıçaqlanma yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub.

Onun kim tərəfindən bıçaqlanması aydınlaşdırılır. Təcili yardım yaralı qadını yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən mənzildən götürüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti