İş adamının oğlu yol qəzasında öldü

HADİSƏ
22:57
3 Aprel 2020
180

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba yolunda qeydə alınıb. "Hyundai" markalı maşının aşması nəticəsində Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Ramin Rasim oğlu dünyasını dəyişib. Xəsarət alan Kamran Abbasov isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Xaçmazda iş adamının oğludur. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti