Salyanda yeni doğulmuş körpəni küçəyə atdılar - Yenilənib

XƏBƏR
11:45
12 Sentyabr 2023
175

Bu gün səhər saatlarında Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yenidoğulmuş (10-15 günlük) tapılıb.

Sabah.az xəbər verir ki, yeni doğulmuş qız polis tərəfindən xəstəxanaya təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, sentyabrın 12-si səhər saat 5 radələrində Salyan RPŞ-yə rayonun Qarabağlı kəndi ərazisində körpənin yol kənarına atılması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə  baxış keçirilib və körpə Salyan rayon TTYS-nin tibb personalına təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalara başlanılıb”.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) belə cavab verilib:

“Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan 7 günlük körpə (qız) sentyabrın12-si saat 06:15 radələrində TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Yerləşdirilərkən temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və körpədə fizioloji sarılıq qeydə alınıb. Körpəyə zəruri tibbi xidmətlər göstərilib, tibb müəssisəsinin Pediatriya şöbəsinə köçürülüb. Çəkisi 1 950 kq olan körpənin hazırda vəziyyəti kafidir”.

Xəbər lenti