Surət Hüseynovun məzardaşına bu sözlər yazıldı - Foto

XƏBƏR
11:09
12 Sentyabr 2023
177

Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq Baş nazir Surət Hüseynova məzardaşı qoyulub.

Sabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Fotodan görünür ki, S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.

Həmçinin başdaşına epiqraf kimi bu sözlər yazılıb: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, S.Hüseynov 1994-cü ildə Milli Qəhrəman adından məhrum edilib.

Xəbər lenti