Ağdam-Xankəndi yolu açıldı - Tarixi an+Video

XƏBƏR
09:46
12 Sentyabr 2023
133

Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını artıq Ağdam rayonu ərazisindədir.

Sabah.az “Report”a istinadən xəbər verir ki, yardım Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.

Qeyd edək ki, həmin yardım sentyabrın 10-da Qarabağdakı erməniəsilli sakinlərə çatmalı idi.

***

Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətinə yola salınıb.

***

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə çatıb.​

 

Xəbər lenti