Gədəbəydəki mövqelərimiz atəşə tutuldu
16:10
11 Sentyabr 2023
136Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Daha çox