Bakıda motosikletlə avtomobil toqquşub - Xəsarət alan var

XƏBƏR
12:14
9 Sentyabr 2023
97

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Emin Aydəmir oğlu Həsənov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti