Ağcabədidə maşın bu hala düşdü - Fotolar

HADİSƏ
13:57
9 Fevral 2020
117

Ağcabədi rayonu, Yahya petrolun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sürücü idarəetməni itirib və yüksək sürətlə hərəkət edən avtomobil yol kənarındakı maneəyə çırpılaraq piyadanın üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, maşına maddi zərər dəyib.

 

Xəbər lenti