“Azərbaycan təlim keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir”

XƏBƏR
17:52
8 Sentyabr 2023
170

“Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq çərçivəsində əvvəlcədən planlaşdırılmış hərbi təlimlər keçirir”.

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, adi planlaşdırma prosesinin bir hissəsidir:

“Ermənistan isə sərhəddə qoşunlarını cəmləşdirir və yeni silah-sursat sistemləri alır. Qarabağdakı etnik erməni qüvvələri də öz kazarmalarından çıxaraq cəbhə xəttindəki mövqelərə yerləşdirilib. Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı və ya qeyri-qanuni hərbi fəaliyyətlərin və yaxud təxribatların qarşısını almaqdan ibarətdir”.

Xəbər lenti