Yarımçıq dayandırılan Azərbaycan çempionatının qalibi elan olundu
Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti virtual videoiclas keçirib.
Sabah.az xəbər verir ki, bu barədə sözügedən qurumdan məlumat verilib.
Bildirilib ki, toplantıda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən "Zirvə Astara" klubu Azərbaycan çempionu elan edilib.
Qeyd edək ki, Superliqanın fevral ayının 29-da keçirildiyi 20-ci turundan sonra Respublikada yaranmış gərgin epidemiyaloji vəziyyətə görə 27-ci Azərbaycan Çempionatının oyunlarında məcburi fasilə yaranıb. Fasiləyə qədər "Zirvə Astara" BK 38 xal, "Atom" BK 34 xal, "Gəncə" BK isə 32 xal ilə Superliqanın 1-ci, 2-ci, 3-cü yerlərini bölüşdürüblər.
Bununla yanaşı dünyada qlobal COVİD-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa,Ukraina,Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.
Daha çox