Vilayət Eyvazov generalı vəzifədən azad etdi

ÖLKƏ
11:06
6 Sentyabr 2023
177

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.

Xəbər lenti