“İlham Əliyevlə şəkil çəkdirmək üçün bir-birilərini necə itələdiklərini görmək gülməlidir”

XƏBƏR
13:36
5 Sentyabr 2023
178

“Macarıstanla Azərbaycan arasında dostluq iqtisadi vəziyyətdən asılı deyil. Macarıstan Azərbaycanın təbii qaz mənbələri aşkarlanmazdan daha əvvəl bu ölkə ilə dostluq edib”.

Sabah.az “haqqin.az”a istinadən xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

“Yadımdadır ki, 2010-2011-ci illərdə Azərbaycanla münasibətlər qurmağa başladıqda Avropada bizə yuxarıdan aşağı baxırdılar. Buna görə də, indi Qərbi Avropa liderlərinin Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün bir-birilərini necə itələdiklərini görmək gülməlidir”, - deyə Siyarto qeyd edib.

Xəbər lenti