Boş qalan yerlərə ixtisas seçimi başlayır
Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) Sabah.az-a verilən məlumata görə, proses sentyabrın 9-dək davam edəcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub. Builki qəbulun nəticələrinə əsasən, 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Daha çox