Ermənistan bu dəfə Naxçıvanı atəşə tutdu
12:03
4 Sentyabr 2023
158Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb”, - MN bəyan edib.
Daha çox