Messinin şəxsi təyyarəsi məcburi eniş etdi

İDMAN
18:45
3 Aprel 2020
96

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messinin şəxsi təyyarəsi  Brüssel aeroportunda məcburi eniş edib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Tenerifeyə yola düşməli olan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən təyyarə Brüsseldə məcburi eniş edib. Argentinalı futbolçu və ailəsinin təyyarədə olub-olmaması barədə məlumat yoxdur. Brüssel aeroportunun məxfiliyi saxladığı və hadisənin təfərrüatları açıqlamadığı bildirilib.

Qeyd edək ki, Lionel Messi təyyarəni iki il əvvəl 13 milyon avroya alıb.

Xəbər lenti