Qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandı

XƏBƏR
09:47
2 Sentyabr 2023
214

40 yaşlı qadın evində bıçaqlanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Oğuz rayonunun Bayan kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Nuranə keçmiş həyat yoldaşı Goranboy rayon sakini tərəfindən bıçaqlanıb.

N.Məmmədova ağır vəziyyətdə Şəki Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti