“Zod istiqamətində əlavə qüvvə cəmləşdirilməsi məlumatı yalandır”

XƏBƏR
14:09
1 Sentyabr 2023
157

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır”, - MN bəyan edib.

Xəbər lenti