Ermənistan ordusunun 4 hərbçisi məhv edildi - Yenilənib

XƏBƏR
16:22
1 Sentyabr 2023
370

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən törədilən təxribata cavab olaraq görülən tədbirlər nəticəsində 2 erməni hərbçi məhv edilib.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Bununla yanaşı, daha 1 erməni əsgər isə yaralanıb.

***

Ermənistan Müdafiə Nazirliyi iki erməni hərbçinin öldüyünü, birinin isə yaralandığını təsdiq edib.

***

Ermənistan MN məhv edilən erməni hərbçilərin sayının 4-ə çatdığını açıqlayıb.

Xəbər lenti