Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır.
Sabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.
Bildirilib ki, buna səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsidir. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Daha çox