16 yaşlı oğlan qəza törədib qaçdı - Ölən var

XƏBƏR
10:24
1 Sentyabr 2023
189

Sabirabadda sürücülük hüququ olmayan 16 yaşlı oğlan ağır qəza törədib.

Sabah.az xəbər verir ki, dünən saat 03 radələrində 2007-ci il təvəllüdlü K.N. “Ford Transit” markalı yük avtomobili ilə piyadanı vurub.

Sürücülük hüququ olmayan yeniyetmənin maşınla vurduğu 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Məhərrəmov Qurbanəli İsmayıl oğlu hadisə yerində ölüb.

Qəzadan sonra K.N. yük maşını ilə birgə hadisə yerindən qaçıb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.

Xəbər lenti