İspaniyada 100 yaşlı qadın koronavirusdan sağaldı
İspaniyada 100 yaşlı qadın koronavirusa qalib gəlib.
Sabah.az xəbər verir ki, Aviles şəhərinin Səhiyyə departamentindən verilən məlumata görə, Covid-19 diaqnozu qoyulan 100 yaşlı qadın sağalaraq evə buraxılıb.
Qeyd edək ki, İspaniyada koronavirusa yoluxmaların sayı 117 min 710 nəfər, virusdan ölənlərin sayı isə 10 min 935 nəfərdir.
Daha çox