Qusar Mərkəzi Xəstəxanasının direktoru vəfat etdi

XƏBƏR
09:28
1 Sentyabr 2023
125

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev vəfat edib.

Sabah.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, həkim kəskin ürək tutmasından ölüb.

Bildirilib ki, o, ötən gün 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.

Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27 may 1970-ci ildə Quba şəhərində anadan olub. 2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.

Xəbər lenti