19 yaşlı qız özünü körpüdən atdı

XƏBƏR
09:39
31 Avqust 2023
84

Balakən rayonunda gənc qız intihara cəhd edib.

Sabah.az xəbər verir ki, rayonun Qazma kənd sakini, 2004-cü il təvəllüdlü A.Ş. özünü Balakən çayının Balakən şəhərindəki Bayraq dairəsi yaxınlığından keçən hissəsindəki körpüdən atıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti