Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu

ÖLKƏ
14:36
30 Avqust 2023
167

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, eləcə də Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yolda nasaz avtomobillərin qalması səbəbindən sıxlıq yaranıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Sabah.az-a verilən məlumata görə, sıxlıq metronun “20 Yanvar” stansiyası istiqamətində yaşanır.

Bununla yanaşı, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Xəbər lenti