Sabah leysan yağacaq - Xəbərdarlıq

ÖLKƏ
17:58
29 Avqust 2023
426

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Bildirilib ki, sabah şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti