Fransa İtaliya və İspaniyaya göndərilən maskaları ələ keçirdi

XƏBƏR
16:20
3 Aprel 2020
167

Yeni növ koronavirus (Covid-19) pandemiyasının əhatə dairəsinin genişlənməsi ilə Avropa Birliyinin (AB) 4 ölkəsi - İsveç, Fransa, İtaliya və İspaniya arasında maska ​​böhranı yaranıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə fəaliyyət göstərən səhiyyə şirkəti "Mölnlycke", Çindən İtaliya və İspaniya üçün idxal etdikləri milyonlarla tibbi maska və əlcəyin Fransa tərəfindən ələ keçirildiyini açıqlayıb.

Şirkətin baş direktoru Richard Twomey, ləvazimatların Fransa üzərindən göndərildiyini bildirərək bu ifadələri işlədib:

"Fransa tibbi ləvazimatların ixracına qadağa qoyub. Onlara məxsus olmasa da maska və əlcəkləri müsadirə ediblər. Bu, son dərəcə narahatedici və uyğunsuz hərəkətdir".

Onun sözlərinə görə, bundan sonra Çindən göndəriləcək yeni tibbi ləvazimatlar Belçika üzərindən İtaliya və İspaniyaya göndəriləcək.

Digər tərəfdən keçən həftə nəşr olunan "Huffington Post"un xəbərinə görə isə, Almaniya da Çindən İtaliyaya göndərilən maskalara əl qoyub.

Xəbər lenti