Mövqelərimiz yenidən atəşə tutuldu

XƏBƏR
09:40
29 Avqust 2023
91

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki. ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Xəbər lenti