Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

XƏBƏR
11:50
26 Avqust 2023
105

Avqustun 26-sı saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olub.

Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 49 mm, Astarada 34 mm, Lerikdə 31 mm, Yardımlıda 22 mm, Şəkidə 18 mm, Şamaxıda 17 mm, Balakəndə 13 mm, Ağstafa, Tovuz, Qax, Göygöl, Qrız, Qobustan, Zaqatala, Quba,Göyçay, Qusar, Gəncə, Şahdağ, Mingəçevir, Yevlax, Qəbələ, Xaltan, İsmayıllı, Daşkəsən, Şəmkir, Beyləqan, Altıağac, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Ağdam, Oğuz, Şabran, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Göytəpə, Biləsuvarda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Xəbər lenti