Qadın özünü yandıraraq intihar etdi
Salyanda qadın özünü yandırıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağlı kəndində qeydə alınıb.
Kənd sakini, 43 yaşlı Nərminə Abbasova ötən gün yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan qadın tibbi müdaxilələrə baxmayaraq bu gün xəstəxanada dünyasını dəyişib.
İntiharın səbəbləri araşdırılır.
Daha çox