Neftçilərin ölümü ilə bağlı araşdırma aparılır
İki neftçinin beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olmaları ilə bağlı cinayət işi başlanılıb.
Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
Daha çox