Kəlbəcərdə iki Türkiyə vətəndaşı öldü - Yenilənib

HADİSƏ
11:22
25 Avqust 2023
65

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yük maşını dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlər ərazidə çalışan Türkiyə vətəndaşlarıdır.

***

Yolun Ömər aşırımı adlanan hissəsində qeydə alınan qəzada ölənlərin kimliyi məlum olub.

“Mitsubishi” markalı maşının dərəyə aşması nəticəsində Türkiyə vətəndaşları 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu,1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində ölüblər. 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti