46 yaşlı qadını qətlə yetirən şəxs saxlanıldı - Yenilənib
Avqustun 24-də saat 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseyinqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub. O saxlanılıb.
Araşdırma aparılır.
***
Hadisə ilə bağlı Suraxanı rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, avqustun 24-də saat 22:00 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Daha çox