Prospektdəki qəza tıxaca səbəb oldu

XƏBƏR
09:40
25 Avqust 2023
59

Bakının Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Sabah.az-a verilən məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Xəbər lenti