İki neftçimiz faciəvi şəkildə həlak oldu

ÖLKƏ
13:10
24 Avqust 2023
82

İki neftçi beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olub.

Sabah.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

“24 avqust 2023-cü il tarixində “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb”, - rəsmi məlumatda qeyd olunub.

Xəbər lenti