Hərbçilərin təlimlərə çağırılması ilə bağlı - Rəsmi açıqlama

ÖLKƏ
15:21
22 Avqust 2023
107

Son günlər sosial şəbəkələrdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlı məlumatlar paylaşılır.

Sabah.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bunu belə izah edib:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”.

Xəbər lenti