“Bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır”

GÜNDƏM
12:55
3 Aprel 2020
112

“Sistem bu gün saat 10-da istifadəyə verilib və 2 saat ərzində 6 142 vətəndaşın qeydiyyatı aparılıb”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimatında deyib.

Bildirib ki, hazırda saytın iş rejimi ilə bağlı hər hansı problem yoxdur: “İcazə rejimi 5 apreldən həyata keçiriləcək, ona görə də hər kəsi bir qədər səbrli olmağa çağırırıq. Saytda hazırda yüklənmələrin olduğunun şahidi oluruq. Sayt qısa müddət ərzində hazırlanıb. Xırda problemlər yaşanır. Mütəmadi olaraq aidiyyatı dövlət qurumları ilə əlaqədəyik.

65 yaşdan yuxarı şəxslər icazə almaq istəsə belə, onların bayıra çıxması qadağandır.

Eyni qayda həm paytaxtda, həm də regionlarda tətbiq olunacaq. Əgər bir ailə üzvü aptek və ya marketə gedib alış-veriş edirsə, tək getməsi məsləhətdir. Çünki bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır.

Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mobil operatorlar, Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi ilə birgə texniki operativ qərargah yaradılıb”.

Xəbər lenti