16 yaşlı oğlan anasını öldürdü, 11 yaşlı qardaşını yaraladı
09:18
21 Avqust 2023
382Sumqayıt şəhəri Corat qəsəbəsində yeniyetmə anasını öldürüb, qardaşına xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, 37 yaşlı Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 11 yaşlı oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı Ə.Z saxlanılaraq istintaqa təhvil verilib.
Daha çox