Balakəndə qəzaya düşən avtomobil alışdı - Sürücü yanıb öldü

HADİSƏ
14:51
19 Avqust 2023
156

Balakəndə sürücünün idarəetməsindən çıxan avtomobil ağaca çırpılaraq yanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tülü kəndində qeydə alınıb.

Məlumata görə, qəzaya uğrayan “Daewoo” markalı avtomobil alışarkən, 35 yaşlı sürücü Aruz Dinavasov sükan arxasından çıxa bilməyib. Onun yanmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.