“Füzulini görməmişəm, ailəm oradan köçəndə körpə olmuşam”
“Füzulini heç görməmişəm. Ailəm oradan köçəndə bir aylıq körpə olmuşam. Doğma torpağa qayıtdığım üçün çox qürurluyam”.
Sabah.az xəbər verir ki, bunu “Azərtac”a açıqlamasında Füzuli sakini Araz Əliyev deyib.
Bu sevinci onlara yaşatdığı üçün Prezident İlham Əliyevə və ordumuza təşəkkürünü ifadə edən A.Əliyev bildirib: “Yeni ailə həyatı qurmuşam. Şuşa Humanitar Kollecində musiqi təhsili almışam. Füzulidə ixtisasım üzrə işləyəcəyəm. İnanıram ki, hər şey ürəyimizcə olacaq”.
Qayıdış sevincində böyük payı olan şəhidlərimizə Tanrıdan rəhmət diləyən Araz Əliyev qazilərimizə cansağlığı arzulayıb.
Daha çox