Yol tikintisi ilə bağlı 12 milyonluq - Sərəncam
14:01
14 Avqust 2023
153On altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 11,9 milyon manat ayrılıb.
Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Daha çox