Temperatur normadan 6° yüksək olub
Avqustun 14-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Avqustun 13-də ən yüksək temperatur Naxçıvan MR; Culfada 43 dərəcəyədək, Aran rayonları; Hacıqabulda 42 dərəcəyədək, Gəncə-Qazax zonası; Ağstafada 40 dərəcəyədək, dağlıq rayonlarda 33 dərəcəyədək yüksəlib. Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 6.0° yüksək olub.
Daha çox