Bu ölkədə qadınlar və kişilər fərqli günlərdə evdən çıxa biləcək

XƏBƏR
10:22
3 Aprel 2020
103

Peruda yeni növ koronavirusun (Covid-19) yayılmasının qarşısını almaq məqsədi ilə qadın və kişilərin fərqli günlərdə evdən çıxması qərara alınıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Martin Vizcarra mətbuat konfransında, bununla küçədəki insanların sayını azaltmağı hədəflədiklərini bildirib.

Qərara əsasən, kişilər bazar ertəsi, çərşənbə, cümə günləri, qadınlar isə çərşənbə axşamı, cümə axşamı və şənbə evdən çıxa biləcəklər.

Bazar günündən etibarən qüvvədə olan qərarın 12 aprelə qədər davam edəcəyi bildirilib. Bu zaman çərçivəsində vətəndaşlara yalnız bank əməliyyatları, aptek və ərzaq ehtiyaclarını ödəmək üçün küçəyə çıxmasına icazə veriləcək.

Qərarın yalnız təməl ehtiyacların ödənilməsi üçün işləyənlərə şamil olunmadığı bildirilib.

Qeyd edək ki, Peruda koronavirusa yoluxanların sayı 1 414 nəfər, virus səbəbindən ölənlərin sayı isə 55 nəfərdir.

Xəbər lenti