Qaradağda binada yanğın oldu - 10 sakin təxliyə edildi

XƏBƏR
12:28
11 Avqust 2023
150

Bakının Qaradağ rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sabah.az-a verilən məlumata görə, yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti